Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatınınMinneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
Trend-inməlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolz məlumatverib.
"Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız vəmüəllimlərimiz üçün dua edirəm", - deyə o, sosial media hesabındayazıb.
Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.
Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Qurbanların sayı barədə hələlik məlumat verilməyib.