AZ

PSJ-dən İspaniya La Liqasına

"Real Sosiedad" heyətini gücləndirib.

Fanat.Az xəbər verir ki, Real Sosiedad PSJ-nin ispan yarımmüdafiəçisi Karlos Solerlə razılığa gəlib.

27 yaşlı futbolçu yaxın 24 saat ərzində İspaniyaya gələrək tibbi müayinədən keçəcək və transfer rəsmiləşəcək.

Valensiya futbol akademiyasının yetirməsi olan Soler, 2016-cı ildən etibarən “yarasalar”ın əsas heyətində çıxış edərək La Liqada parladı və 2022-ci ildə PSJ-yə transfer olundu. Paris klubunda daha çox rotasiyada istifadə olunsa da, texniki bacarığı, hücuma dəstəyi və penaltilərdəki dəqiqliyi ilə seçilib.

Soler həmçinin İspaniya millisində də oynayıb və 2021-ci ildə Tokio Olimpiadasında gümüş medal qazanmış heyətin üzvü olub.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr