AZ

Arıçılıqla məşğul olan fermerlərin vəziyyəti çox ağırdır Ekspert

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

"Ölkədə arıçılıq sahəsinə ciddi fikir verilməlidir. Bir müddət əvvəl bu sahəyə subsidiya verilirdi, indi onu da dayandırıblar. Ona görə də arıçılıqla məşğul olan fermerlərin vəziyyəti çox ağırdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, arıçılıqla məşğul olan sahibkarlar hər il şikayətlənir:

"Get-gedə yem azalır. Bitkiçiliklə ciddi məşğul olmuruqsa, məhsuldarlıq aşağı düşürsə, əkin sahələri ilbəil azalırsa, bu o deməkdir ki, arıları yemləmək üçün kifayət qədər yem istehsal olunmur. Bu il ötən ilə nisbətən havalar fərqli olub. Yağışların uzun müddət yağması və havaların həddən artıq isti olması bal istehsalına təsir edən amillərdəndir. Ona görə də arıçılıqla məşğul olanların sayı azalıb”.

Vahid Məhərrəmli son vaxtlar arı ailələrinin sayının kəskin şəkildə azaldığını qeyd edib:

"İstehsal etdikləri balı onlara sərf edən qiymətə sata bilmirlər, məhsuldarlıq aşağıdır. Bundan əlavə, bazara surroqat bal çıxarılır və ucuz qiymətə satılır”.

Qeyd edək ki, Bakıda Arıçılıq Məhsullarının 25-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Sərgi hər il olduğu kimi, oktyabrın 18-də başlayıb noyabr ayının 9-da başa çatacaq. Sərgiyə bütün regionların istehsalı olan ballar çıxarılacaq.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
qaynarinfo.az

3Mənbələr