AZ

ABŞ-da katolik məktəbində atışma - 2 ölü, 20 yaralı var

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Publika.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Hadisə şahidləri 30-50 dəfə atəş açıldığını bildirirlər.

Səlahiyyətli şəxslər hadisə yerindədirlər. Atəş açan şəxs zərərsizləşdirilib.

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun hadisə yerinə göndərildiyini açıqlayıb.

Seçilən
94
1
publika.az

3Mənbələr