Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Tailandın şimalında "Kadziki" qasırğası nəticəsində iki nəfər ölüb, bir uşaq itkin düşüb.
BAKU.WS"Report" xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, güclü yağışlar Çianqmay əyalətində torpaq sürüşməsinə səbəb olub və nəticədə onlarla insan xəsarət alıb. Xilasedicilər itkin düşən 12 yaşlı qızı axtarır.
Tailand Meteorologiya Departamenti krallığın şimal əyalətlərində sürüşmə və daşqınlara səbəb ola biləcək güclü yağışların olması təhlükəsi barədə xəbərdarlıq edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.