AZ

ABŞ-də məktəbdə atışma olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib.

"Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm", - deyə o, sosial media hesabında yazıb.

 

Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.

Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.

Seçilən
31
4
day.az

7Mənbələr