Azərbaycan millisinin qapıçısı Yusif İmanov karyerasını Kosovo çempionatında davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "Malişeva" klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qapıçımızla imzalanan müqaviləni detalları açıqlanmasa da, onun uzunmüddətli layihənin hissəsi olduğu bildirilib.
Qeyd edək ki, Yusif İmanovun son klubu "Sabah" olub.