AZ

ABŞ-də Konqresə namizəd Quranı yandırıb - VİDEO

Texasda Respublikaçılar Partiyasından Konqresə seçkilərdə namizəd Valentina Qomez qalmaqallı addımı ilə gündəmə gəlib.

Gundem.az “The Sun”a istinadən xəbər verir ki, 26 yaşlı Kolumbiya əsilli Qomez sosial şəbəkə hesabında müsəlmanların müqəddəs “Quran-i Kərim” kitabını yandırdığı görüntüləri paylaşıb. 

O, paylaşımına “Texasda İslamı məhv edəcəyəm, seçkilərdə qalib gəlməyimə kömək edin” sözlərini əlavə edib. 

Onun bu addımı istifadəçilərin kəskin etirazına səbəb olub. 

 

 

Seçilən
4
6
gundem.az

7Mənbələr