Tovuzda 2 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında iki fərqli ünvanda baş verib.
İtlərin hücumuna məruz qalanlar rayonun Abulbəyli kənd sakini 65 yaşlı Elman Nəbiyev və Tovuz şəhəri, Xəqani küçəsində yaşayan 16 yaşlı qızdır. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İtlərin hücumuna məruz qalan yeniyetmə qızın atası deyir ki, hadisə qızı mağazadan evə dönərkən baş verib. O, son vaxtlar yaşadıqları ərazidə sahibsiz itlərin sayının kəskin artdığını bildirib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, son vaxtlar it dişləmə faktı üzrə müraciətlərin sayında artım müşahidə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.