AZ

Ağdamda 2 yaşlı uşağını döyüb xəstəxanalıq edən ata saxlanıldı - FOTO

  Ağdamın Xındırıstan kəndində baş verən hadisədə 2 yaşlı Musa Rəhimov atasının döyməsi nəticəsində ağır bədən xəsarətləri alıb.

Referans Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan uşaq Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, azyaşlının vəziyyəti kəskin ağır olub və hazırda reanimasiya şöbəsində müalicə alır.

Hadisəni törətməkdə şübhəli bilinən Sadiq Rəhimov (uşağın atası) polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.  


Seçilən
0
2
referans.az

3Mənbələr