AZ

“Legion Financial” şirkətinin yeni səhmlərinə 2 investor 2 sifariş təqdim edib

“Legion Financial” ASC-nin 550 min manatlıq səhmlərinə abunə yazılışı 8 avqust 2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edərək, avqustun 21-i yekunlaşmışdır. 

Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 27 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.

550 min manatlıq səhmlərə 2 investor 2 sifariş təqdim edib,. Reallaşdırılmış həcm 260 min manat olub. 

Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetntinə alınır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  “Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464

Səhmin növü və forması:  Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması:  Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı:  5500 (ədəd)

İlkin ticarət qiyməti: 100 manat

Buraxılış həcmi:  550 000 manat

Hərrac qiyməti: 100 manat

Reallaşdırılmış həcm: 260 000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 260 000 manat

İnvestor sayı: 2

Sifariş sayı: 2

Ticarətə buraxılma tarixi:  27.08.2025

Anderrayter: “Unicapital İ.Ş” ASC

Seçilən
26
marja.az

1Mənbələr