Ajans.az xəbər verir ki, nazirlik tərəfindən təşkil olunan açıq müsabiqənin nəticələrinə əsasən, test və müsahibə mərhələlərindən uğurla keçmiş 19 namizəd rəhbər vəzifələrə irəli çəkilib. Təyinatların bölgüsü aşağıdakı kimidir: Bakı şəhəri: 7 məktəbə direktor, 4 məktəbə direktor müavini; Regionlar: 7 məktəbə direktor, 1 məktəbə direktor müavini. Yeni rəhbər heyətin idarəetmə bacarıqlarının gücləndirilməsi məqsədilə yaxın günlərdə xüsusi təlim proqramları keçiriləcək.

Bununla yanaşı, 2025-2026-cı tədris ilindən etibarən onların fəaliyyəti daha təkmilləşdirilmiş "İncəsənət Məktəblərinin Elektron Sistemi" (İMES) üzərindən idarəetmə və monitorinq proseslərinə daha sürətli şəkildə inteqrasiya olunacaq.