AZ

ABŞ-də katolik məktəbində atışma oldu, ölənlər var

  ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

Referans xəbər verir ki, bu barədə ştat qubernatoru Tim Valz "X" hesabında məlumat yayıb.

"Mənə katolik məktəbində atışma barədə məlumat verilib", - deyə o, paylaşımda qeyd edib.

Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb, iyirmi nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırda hadisə yerinə cəlb olunduqları qeyd olunub.

Qeyd edək ki, katolik məktəbdə məktəbəqədər yaşdan səkkizinci sinfə qədər uşaqların təhsil aldığı bildirilir./teleqraf 

 

Seçilən
34
1
referans.az

2Mənbələr