AZ

Abşeronda bir evin bir neçə nəfərə satıldığı iddia olunurŞİKAYƏT/VİDEO

Abşeronda bir evin bir neçə şəxsə satıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, "At Yalı" yaşayiş massivində sakinlərin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən saxta sənədlərlə aldadıldığı iddia edilir.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə müraciət edən zərərçəkmiş Hicran Heybətova bildirib ki, evin qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi şərti ilə mənzil üçün pul ödəyib.

Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxta imiş. 

İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb.

İddialarla bağlı qarşı tərəfin, yəni Zaur İsayevin mövqeyini öyrənmək üçün onun ofisinə üz tutduq. Lakin Zaur İsayev çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, hazırda zərərçəkmişlərin şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
xezerxeber.az

1Mənbələr