AZ

ÇL: "Qarabağ" və “Ferensvaroş”un start heyətləri açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"la "Ferensvaroş" (Macarıstan) arasında keçiriləcək cavab oyun üçün start heyətlər açıqlanıb.

Publika.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

"Ferensvaroş": 90. Deneş Dibuş, 3. Stefan Qartenmann, 28. Toon Raemaekers, 22. Qabor Salai, 25. Cebrail Makrekis, 64. Levi, 23. Bense Etvöş, 36. Qavriel Kaniçovski, 47. Kallum O'Douda, 75. Lenni Jozef, 19. Barnabaş Varqa.

Seçilən
15
29
publika.az

10Mənbələr