AZ

Əfqanıstanda güclü zəlzələ baş verdi - Bu ölkələrdə də hiss olundu

  Əfqanıstanda 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Referans verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Bədəxşan vilayəti olub.

Qeyd edək ki, zəlzələ Özbəkistanın paytaxtı Daşkəndlə yanaşı, 7 rayonda da hiss olunub. Yeraltı təkanların, həmçinin Pakistan və Tacikistanda da hiss olunduğu bildirilir./publika.az  

Seçilən
26
9
referans.az

10Mənbələr