AZ

Dağıstanda baş verən zəlzələ Azərbaycanda da hiss olunubVİDEO

Bakı vaxtı ilə saat 00:33-də Dağıstan ərazisində gücü 5,4 maqnitudalı, dərinliyi 64 km olan zəlzələ baş verib. Zəlzələ Azərbaycanda da həm paytaxt, həm də bir çox rayonlarda, Xəzəryanı yaşayış məntəqələrində müxtəlif dərəcədə hiss olunub. 

Xezerxeber.az-ın məlumatına görə, bəzi evlərdə çılçıraqlar yellənib, Sumqayıtdakı mağazaların birində isə balıq akvariumu sınıb.

"Xəzər Xəbər"ə açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli insanları bu cür təkanlardan qorxmamağa və daha təmkinli olmağa çağırıb.

 Qurban Yetirmişlinin sözlərinə görə, xırda təkanlar yenə də gözləniləndir. Hətta bunlar içərisində hiss ediləni də ola bilər. Ancaq qorxulu deyil və narahatlığa əsas yoxdur.  

Baş direktor bildirib ki, az maqnitudalı təkanlar hər gün baş verir. Onları da yalnız cihazlar qeydə ala bilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

 

Seçilən
3
xezerxeber.az

1Mənbələr