AZ

Yasamalda sakinləri təngə gətirən sürücü indi də tranzit nömrəylə “hoqqa” verir VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Yasamal rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüylə bağlı saytımıza şikayət daxil olub.

Avtosfer.az-ın məlumatına görə, 99-OS-084 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, əks istiqamətli yola çıxıb və lüzumsuz manevr edərək yenidən öz zolağına qayıdıb. Eyni zamanda qayda pozan sürücü maşının ön dövlət nömrə nişanını çıxararaq idarə edib. Şikayətçinin iddiasına əsasən, sürücü sözügedən avtomobili hal-hazırda V-555-V tranzit qeydiyyat nişanıyla sürür. O, eyni zamanda sürücünün mütəmadi olaraq kobud qayda pozuntuları törətdiyini və günün istənilən saatlarında ictimai asayişi nümayişkaranə şəkildə pozduğunu bildirib. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
avtosfer.az

1Mənbələr