AZ

Türkiyədə Kapalıçarşıda əməliyyat - 1,2 milyard lirəlik brilyant ələ keçirildi

Türkiyənin İstanbul şəhərində qaçaqmalçılıq yolu ilə gətirilən brilyantlarla bağlı aparılan istintaq çərçivəsində məşhur Kapalıçarşıda 23 iş yerində əməliyyat keçirilib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 40 şübhəli saxlanılıb.

 

Həmçinin, axtarışlar zamanı brilyant, müxtəlif qiymətli daşlar, 135 zinət əşyası, 1 132 qiymətli metal, odlu silahlar, 267 tarixi əsər və çox sayda rəqəmsal materiallar ələ keçirilərək müsadirə edilib.

Qiymətli daşların təxmini bazar dəyəri isə 1 milyard 250 milyon türk lirəsi (təxminən 52 milyon manat) məbləğindədir.

Seçilən
4
7
day.az

8Mənbələr