AZ

Ordubadda “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpasına başlanılıb

BAKI, 27 avqust. TELEQRAF

Ordubad şəhərində “Mədrəsə” tarix-memarlıq abidəsinin bərpası üçün ilkin işlərə başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd eolunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında əksini tapmış layihələr, habelə investisiya layihələri nazirlik tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Görülən işlərin davamı olaraq, "Mədrəsə" tarix-memarlıq abidəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə "BİMD" QSC ilə müqavilə bağlanılıb. Müqaviləyə əsasən, şirkət tərəfindən XVIII əsr memarlıq abidəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Seçilən
12
11
teleqraf.com

10Mənbələr