AZ

Media nümayəndələri NATO-nun strateji kommunikasiya sahəsindəki təcrübəsini öyrəniblər

Brüssel, 27 avqust. TELEQRAF

Azərbaycanın mətbuat nümayəndələri NATO mənzil-qərargahına səfər ediblər.

Teleqraf-ın Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə təsadüf edən builki səfər çərçivəsində nümayəndə heyəti NATO-nun müxtəlif struktur vahidləri tərəfindən Alyansın cari gündəliyi, habelə ictimai diplomatiya və strateji kommunikasiyalar, dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübəsi və yanaşmaları, sosial media, həmçinin media məkanında texnoloji yeniliklər və innovativ üsulların tətbiqi və digər bu kimi mövzulara həsr olunan brifinqlərdə iştirak edib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan NATO yanında Nümayəndəliyini ziyarət edib.

Seçilən
6
teleqraf.com

1Mənbələr