AZ

Türkiyə mətbuatı Azərbaycan Prezidentinin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb

Türkiyənin aparıcı xəbər agentlikləri, telekanalları, qəzetləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin mətbuatının diqqətini, xüsusilə Azərbaycan rəhbərinin Zəngəzur dəhlizinin açılması, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılması, Türkiyənin qlobal arenada tutduğu mövqelərlə bağlı bəyanatları cəlb edib.

Türkiyənin telekanalları, agentlikləri və qəzetləri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bütün region üçün əhəmiyyəti ilə bağlı mövqeyini çoxmilyonlu auditoriyaya çatdırıb. Azərbaycan liderinin “Zəngəzur dəhlizi təkcə Şərq-Qərb nəqliyyat dəhlizi deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq” sözləri vurğulanıb.

Azərbaycan Prezidentinin qlobal gündəmdəki digər aktual məsələlər, o cümlədən Yaxın Şərqdəki proseslərlə bağlı müsahibəsindən fikirlər təqdim olunur.

Seçilən
4
7
azerbaijan-news.az

8Mənbələr