AZ

Türkiyənin məşhur futbolçusu "Qarabağ"dan elə sözlər dedi ki... VİDEO

Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci "Qarabağ"la bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, "Kontraspor" verlişinin qonağı olan keçmiş hücumçu Ağdam klubunun Çempionlar Liqasında uğurla irəlilədiyini bildirib.

O, "Qarabağ"ın pley-off mərhələsində "Ferensvaroş" (Macarıstan) səddini də keçəcəyinə inandığını deyib:

“Qalatasaray” Çempionlar Liqasındadır. İnşallah, “Fənərbaxça”nı da orada görərik.

Qardaş komandamız “Qarabağ” da ev oyununa çıxacaq. İlk oyunda çox yaxşı nəticə qazanıblar.

“Qarabağ”a cavab matçında da ürəkdən uğurlar arzulayırıq. İnşallah “Qarabağ” da Çempionlar Liqasının Liqa mərhələsində olacaq.

Azərbaycan futbola ayırdığı yatırımın qarşılığını alır, futbol inkişaf edir.

“Qarabağ”ı ilk oyundakı qələbəyə görə təbrik edir, cavab matçında uğurlar arzulayıram. İnşallah, Liqa mərhələsinə yüksələcəklər”.

Budapeştdə keçirilən ilk oyunda "Ferensvaroş"a 3:1 hesabı ilə qalib gələn "Qarabağ" bu gün rəqibini Bakıda qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Seçilən
8
sportinfo.az

1Mənbələr