AZ

ABŞ-da katolik məktəbində atışma: ölənlər var

 

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində silahlı atışma baş verib.

Sitat.info xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolts məlumat verib.

"Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm",- deyə o bildirib.

Uolts bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.

Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.

 

Seçilən
27
3
sitat.info

7Mənbələr