AZ

İtaliya millisinin sabiq müdafiəçisi karyerasını bitirdi

style='margin-bottom:10px;'>

İtaliya millisinin sabiq futbolçusu Alessandro Florenzi peşəkar karyerasını başa vurduğunu açıqlayıb. 

QOL.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.

34 yaşlı müdafiəçi “Roma”nın yetirməsi olub və 2010–2022-ci illərdə paytaxt klubunun şərəfini qoruyub. O, karyerası ərzində həmçinin “Krotone”, “Valensiya”, PSJ və “Milan”da da çıxış edib.

Klub səviyyəsində Florenzi PSJ ilə Fransa Kuboku və Superkubokunu, “Milan”la isə A Seriyanın çempionluğunu və İtaliya Superkubokunu qazanıb. İtaliya yığmasının heyətində isə 2020-ci il Avropa çempionatının qalibi olub.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr