“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsində həlledici matça çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu Bakıda Macarıstan təmsilçisi “Ferentsvaroş”u qəbul edəcək.
Tərəflər arasında Macarıstanda baş tutan ilk görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də startı veriləcək qarşılaşmanı fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
İki oyunun nəticəsinə əsasən qalib gələn komanda UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) 0:0
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Nikolas Renvil (Fransa)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:1