AZ

"Qarabağ"ın əsas heyəti açıqlandı

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında pley-off mərhələsində cavab oyununa çıxır. 

News24.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferentsvaroş"u ilə cavab görüşünü keçirir. 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu favorit hesab olunur. Səfərdə 3:1 hesabı ilə qalib gələn Qurban Qurbanovunun komandasının Bakıda da qalib gələcəyi gözlənilir. Minimal hesablı məğlubiyyət və ya heç-heçə də “Qarabağ”ı Çempionlar Liqasının liqa mərhələsinə daşıyacaq.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Bedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36. Qabi Kaniçovski, 19. Barnabas Varqa

Baş məşqçi: Robbi Kin

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun - 3:1

Seçilən
147
9
news24.az

10Mənbələr