AZ

Üç Aİ ölkəsi İrana qarşı sanksiyaları bərpa etmək istəyir

Britaniya, Almaniya və Fransa avqustun 28-də İrana qarşı sanksiyaların bərpası prosesinə başlaya bilər,

Publika.az xəbər verir ki, bu haqda “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Bu qərarın Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluğa düçar olması səbəbindən verilə biləcəyi qeyd edilir. Həmin ölkələrin hakimiyyət orqanları bu qərar barədə BMT Təhlükəsizlik Şurasına yazılı məlumat verməyi planlaşdırır.

İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar bundan 30 gün sonra bərpa oluna bilər.

Seçilən
64
15
publika.az

10Mənbələr