ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "ABC News" öz mənbələrinə istinadən məlumat yayıb.
Atışma nəticəsində 3 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.
Atəş açan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.