Yevlaxda oğlu tərəfindən bıçaqlandığı bildirilən kişi xəstəxanada ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Havarlı kənd sakini 1959-cu il təvəllüdlü Talıbov Hüsü Qara oğlu müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.
Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən onun oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.