AZ

Biləsuvarda təklif edilən evdən imtina edən Şuşa sakini məskunlaşdığı mənzildən çıxarılıbVİDEO

Şuşadan olan keçmiş məcburi köçkün Vaqif Quliyev Bərdə rayonunda müvəqqəti məskunlaşdığı evdən çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, Vaqif Quliyev yaranmış vəziyyətdə ev sahibini ittiham edir.

Dediyinə görə, ev sahibi onu məhkəməyə verib, evdən çıxarılmaları ilə bağlı qərar qəbul olunub. Onlara isə deyib ki, bütün bu işlər tezliklə geri qayıtmaları üçündür.

Məsələ ilə bağlı Qaçqınların və Möcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsindən bildirildi ki, vətəndaşa Biləsuvar rayonunda yerləşən qəsəbədə mənzil təklif olunsa da, imtina edib.

Komitədən o da bildirildi ki, işğaldan azad edilmiş ərazilərin bərpa qrafikinə uyğun olaraq Şuşa şəhərinə növbəti köç zamanı Quliyev Vaqifin köçürülməsinə də qanunauyğun formada baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

 

Seçilən
4
xezerxeber.az

1Mənbələr