AZ

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində! - Komandamız qalib gəldi - YENİLƏNDİ

Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

News24.az xəbər verir ki, “köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:2 hesablı heç-heçə etməklə nail olub.

Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozeflə (12) Barnabaş Varqa (55, pen.) fərqlənib.

Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə rəqib hesabda önə keçib.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsindən topu qapıya göndərib.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesab bərabərləşib.

55-ci dəqiqədə Barnabaş Varqa penaltidən fərqlənib.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesabda önə keçib.

45-ci dəqiqədə Abdullah Zubir fərqlənib.


***

Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.

News24.az  xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 25-ci dəqiqəsində fərqlənib.

***

Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 12-ci dəqiqəsində qonaqlar önə keçib.

Lenni Cozef adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı start götürüb.

News24.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

Seçilən
100
7
news24.az

10Mənbələr