Ölkəmizdə selektiv abortların sayı artmaqda davam edir.
Bu hal, əsasən, valideynlərin övlad seçimində cinsiyyət amilinə üstünlük verməsi ilə bağlıdır. Xüsusilə oğlan uşaqlarına üstünlük verilməsi, qız övladına isə ikinci dərəcəli münasibət cəmiyyətdə hələ də qalmaqdadır.
Baku TV paytaxt sakinlərinə "Azərbaycanda abortların sayı niyə artır?" sualını ünvanlayıb.
Sorğuda iştirak edən sakinlərin bəziləri bunu sosial təzyiqlərlə, digərləri isə maddi çətinliklərlə əlaqələndiriblər.
"Daha çox qayınata, qayınana gəlinə basqı edir ki, nəslimizin davamı üçün oğlan dünyaya gətirməlisən. Bəlkə də, qadının özünə qalsa, abort etməz, amma kənar təzyiqlər buna məcbur edir", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə qeyd edib: "İndi yaşamaq çətinləşib. Çox ailə uşaq sayına görə abort etdirir. Adicə doğuşa qədər tələb olunan həkim müayinələri, analizlər və digər xərclər ailələri maliyyə çətinliyinə salır".
Daha ətraflı Baku TV-nin süjetində: