Türkiyədə dövlət məmurlarının Arbitraj Şurası milyonlarla məmur və təqaüdçünün maaş artımını açıqlayıb.
Konkret.az “Sözcü” nəşrinə istinadən xəbər verir ki, 2026 və 2027-ci illər üçün artımlar Rəsmi Qəzetdə dərc edilib.
Kollektiv danışıqlar nəticəsində alınan qərara əsasən, maaş artımı 2026-cı ilin birinci yarısında 11 faiz, ikinci yarısında 7 faiz, 2027-ci ilin birinci yarısında 5 faiz, ikinci yarısında isə 4 faiz olacaq.
Bundan əlavə, 2026-cı ilin ilk yarısında bütün dövlət qulluqçularının əsas maaşlarına 1000 TL (41 AZN) artım əlavə olunacaq.
Dəniz Pənahova