Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayıb.
Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edir.
Bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.
"Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 0:1 (Birinci hissə)
Qol: Cosef, 12
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)
VAR: Jerom Brisar (Fransa)
AVAR: Nikolas Renvil (Fransa)
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 3:1