AZ

ÇL: "Qarabağ" "Ferentsvaroş" matçında hesab açıldı -YENİLƏNİR

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxır.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" komandasını qəbul edir.

Bir həftə öncə Budapeştdə inamlı qələbə qazanan Azərbaycan çempionu turnirin Liqa mərhələsində mübarizə aparmaq üçün öz azarkeşləri önündə "yaşıl qartallar"ın 2 topluq fərqi aradan qaldırmasına imkan verməməyə çalışır.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:45-də səsləndiriləcək. Matçda ədaləti Kleman Tyurpenin rəhbərlik etdiyi fransalı hakimlər briqadası qoruyur.

UEFA Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunu

 "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) 0:1 (ilk hissə )

Qol: Lenni Jozef, 14.
Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (hamısı Fransa).
VAR: Jerom Brizar (Fransa).
AVAR: Nikolya Renvil (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.
Ilk oyun: 3:1

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

"Ferentsvaroş": 90. Denes Dibuş, 47. Kallum Odovda, 28. Toon Raemaekers, 27. İbrahim Sisse, 25. Sebrails Makrekis, 5. Nabi Keyta, 23. bence Ötvös, 10. Conatan Levi, 75. Lenni Jozef, 36.  Qabi Kaniçovski, 19. Barnabas Varqa

Baş məşqçi: Robbi Kin

Seçilən
0
fanat.az

1Mənbələr