AZ

ABŞ Rusiya, Çin və Şimali Koreyadan olan 4 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Rusiya, Çin və KXDR-dən iki vətəndaşı və iki şirkəti sanksiya siyahısına daxil edib.

APA xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin fikrincə siyahıya əlavə olunan adlar KXDR hökumətinin informasiya texnologiyaları sahəsində təşkil etdiyi saxtakarlıq sxemində iştirak edir.

Sənədə əsasən, sanksiyalara Rusiya vətəndaşı Vitali Sergeyeviç Andreyev, KXDR vətəndaşı Kim Un-Sun, həmçinin Pxenyan və Şenyanda (Çin) yerləşən “Korea Sinjin Trading Corporation” və “Shenyang Geumpungri Network Technology” şirkətləri daxildir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
apa.az

3Mənbələr