AZ

Bu sinfin bütün məzunları ali məktəblərə qəbul olublarVİDEO

Bu il ali məktəblərə qəbulda Qəbələnin məktəbləri fərqlənib.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələ şəhəri, 4 nömrəli tam orta məktəbin XI a sinfinin 19 məzunun hamısı ali məktəbə qəbul olub.

Bu şağirdlərdən dördü 650 baldan yuxarı nəticə göstərib. 619 bal qazanan Zəhra Hümbətova Qarabağ Universitetinin tibb fakultəsini seçib.

Qəbələ şəhər 2 nömrəli tam orta məktəb də qabaqcıllardandır. Təhsil ocağının eyni sinfinin 21 məzunu da tələbə adını qazanıb. Məktəbi 6 şağird qırmızı attestatla bitirib. Burda şağirdlər daha çox hərbi ixtisaslara üstünlük vüriblər.

Bu il rayon üzrə ali məktəblərə 830 şagird sənəd verib. Onlardan 584 nəfər qəbul olub. Qəbul olanların 54 nəfəri 600-dən yuxarı bal toplayıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

 

Seçilən
8
1
xezerxeber.az

2Mənbələr