AZ

Qubada və Kürdəmirdə ağır yol qəzaları baş veribVİDEO

Qubaya film çəkməyə gedən heyətin maşını dərəyə aşıb.

Xezerxeber.az-ın məlumatına görə, Hadisə Quba-Alpan avtomobil yolunun Qalayxudat kəndi yaxınlığından keçən hissəsində, yüksək dağlıq ərazidə baş verib.

Yük avtomobilinin yoldan çıxaraq dərəyə aşması nəticəsində sürücü, Füzuli rayon sakini İlqar Əhmədov hadisə yerində ölüb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub, meyit və xəsarət alan şəxs - 48 yaşlı  Ramil  Rəhimzadə avtomobildən çıxarılaraq təhvil verilib.

Qəzaya düşən şəxslərin kino çəkmək üçün Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri olduğu bildirilir. Hadisənin dumanlı hava şəraitinə görə baş verdiyi ehtimal edilir.

Kürdəmirdə də ağır yol qəzası baş verib.  Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.

39 yaşlı Vahid Alıyevin idarə etdiyi  avtomobil digər maşınla toqquşub. Nəticədə sürücüsü Vahid Alıyev hadisə yerində dünyasını dəyişib. Sərnişin, Kürdəmir rayon sakini 50 yaşlı Dürdanə  Səfərova isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
24
xezerxeber.az

1Mənbələr