ain.az, Milli.az saytına istinadən bildirir.
Misirdə 13 yaşlı sosial media fenomeni həyatını itirib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə üç paket bişməmiş əriştə yedikdən qısa müddət sonra şiddətli mədə ağrısı və qusma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Aparılan yarılma nəticəsində gəncin çoxlu miqdarda çiy əriştə yeməsi səbəbindən bağırsaq tıxanması olduğu müəyyən edilib. Mütəxəssislər qeyd ediblər ki, bişməmiş əriştələr mədə və bağırsaqlarda şişərək ciddi sağlamlıq fəsadları yarada bilər.
Hadisə ilə bağlı məhsullar laboratoriya şəraitində yoxlanılıb. Araşdırma nəticəsində əriştələrin tərkibində zəhərli və ya təhlükəli maddə aşkar edilməyib.Səlahiyyətlilər faciənin qidanın keyfiyyəti ilə deyil, istehlak üsulu və həddindən artıq miqdarda yeyilməsi ilə bağlı olduğunu açıqlayıb.
Həkimlər və qida təhlükəsizliyi mütəxəssisləri hazır əriştə kimi işlənmiş məhsulların yalnız bişirildikdən sonra istehlak edilməli olduğunu bildiriblər. Onlar sosial mediada sürətlə yayılan təhlükəli tendensiyaların xüsusilə uşaqlar və yeniyetmələr üçün həyati risk daşıdığını vurğulayıblar.
Fidan
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.