AZ

Əfqanıstanda zəlzələ oldu - Özbəkistanda da hiss edildi

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri Bədəxşanda olub.

Yeraltı təkanlar Özbəkistanın 7 rayonu və Daşkənddə də hiss edilib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Seçilən
51
5
moderator.az

7Mənbələr