AZ

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatına qələbə ilə başlayıb

Kişi basketbolçuları arasında Avropa çempionatı start götürüb.

“İki sahil” xəbər verir ki,  A qrupunda yer alan Türkiyə millisi turnirin ev sahiblərindən olan Latviya ilə qarşılaşıb.

Riqa şəhərində yerləşən “Arena Riqa”da oynanılan matç “ay-ulduzlular”ın 93:73 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə yığması ikinci görüşünü avqustun 29-da Çexiyaya qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.

Seçilən
8
4
ikisahil.az

5Mənbələr