AZ

"Qarabağ" "Ferentsvaroş"la oyunda 4-cü qol vuruldu - CANLI - YENİLƏNİB

 

54-cü dəqiqədə hesab yenə bərabərləşdi.

***

2-ci hissə başladı.

***

"Qarabağ" fasiləyə "Ferentsvaroş"üzərində 2-1 hesablı üstünlüklə yollandı.

***

44-cü dəqiqədə kpmandanın kapitanı Abdullah Zubir "Qarabağ"ın ikinci qolunu rəqib qapıdan keçirdi.

***

25-ci dəqiqədə Leandra Andrade hesabı bərabərləşdirdi. Ötürməni Nəriman Axundzadə etdi.

***

13-cü dəqiqədə "Qarabağ" hesabda geri düşdü.

***

Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün keçirilən cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlir.

Redaktor.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

***

Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”unu Bakıda qəbul edəcək. 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Oyunu FİFA referisi Kleman Tyurpen idarə edəcək.

Bu komandalar arasında ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanmışdı.

“Qarabağ” “Ferentsvaroş”u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. 

Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparıb.

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt

 

 

Seçilən
2
19
redaktor.az

10Mənbələr