AZ

Ukrayna nümayəndələri ABŞ-də təhlükəsizlik müzakirələri aparacaq

BAKI, 27 avqust. TELEQRAF

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə yollacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Telegram kanalında məlumat verib.

Zelenski bildirib: “Sabah İsveçrədə, cümə günü ABŞ-də görüşlər olacaq. Hərbi, siyasi, iqtisadi komponentlər üzrə müzakirələr nəzərdə tutulub”.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda Ukrayna nümayəndələri ilə görüş keçirəcəyini açıqlamışdı.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr