AZ

Ukraynanın ABŞ-dakı yeni səfiri o oldu

  Ukraynanın ABŞ-dakı yeni səfiri Olqa Stefanişina olub.

Referans xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında açıqlayıb.

"Mən indicə Ukraynanın ABŞ-dakı yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım", - Zelenski bildirib.

qeyd edək ki, 39 yaşlı Olqa Stefanişina ötən ay Ukrayna Prezidentinin ABŞ ilə əməkdaşlığın inkişafı məsələləri üzrə xüsusi səlahiyyətli nümayəndəsi təyin edilmişdi. O, daha əvvəl baş nazirin avrointeqrasiya məsələləri üzrə müavini və ədliyyə naziri olub.  

Seçilən
25
6
referans.az

7Mənbələr