AZ

Simge Sağın uşaq yaşlarında istismara məruz qaldığını açıqlayı

Simge Sağın uşaq yaşlarında istismara məruz qaldığını açıqlayıTürkiyənin ən uğurlu qadın pop müğənnilərindən biri olan Simge Sağın uşaq yaşlarında istismara məruz qaldığını açıqlayıb.

BiG.AZ xəbər verir ki, o, sosial mediada paylaşım edib.

"Hamımız nəsə yaşadıq. İstismarı mən də uşaq yaşda yaşadım. Uşaq idim... Kiçik idim, qorxdum, susdum... susduq... Amma artıq bilirik: Biz sustuqca mələk üzlü şeytanlar çoxaldı. Artıq zaman dəyişdi!
İstismar edən, cinayət işləyən, can yandıran hər kəs bir-bir ortaya çıxacaq!
Heç bir pislik gizlənə bilməyəcək.

Çünki susqunluq yaraları böyüdür, amma söz yaraları sağaldır.
Artıq biz danışırıq. Artıq biz susmuruq.

Bacılarıma səslənirəm! Qorxmayın, susmayın.
Bitsin bu qaranlıq, bitsin bu pislik.
Ancaq birlikdə olsaq, son qoya bilərik" ,- deyə o bildirib.

Seçilən
10
big.az

1Mənbələr