AZ

Rubio Avropa diplomatları ilə İranı müzakirə edir

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, tərəflər İran ətrafındakı vəziyyəti müzakirə ediblər. Söhbətdə Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Almaniyanın xarici işlər naziri Yohan Vadeful və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi iştirak ediblər.

Bəyanatda bildirilib ki, tərəflər İranın heç vaxt nüvə silahı istehsal etməməsi və əldə etməməsini təmin etmək öhdəliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Seçilən
13
1
axar.az

2Mənbələr