Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Ofelya İsmayılova vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.
Qeyd olunub ki, Ofelya İsmayılova Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 iyun tarixli 2105 nömrəli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif olunub.