Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Bakues.az xəbər verir ki, “köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:2 hesablı heç-heçə etməklə nail olub.
Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozeflə (12) Barnabaş Varqa (55, pen.) fərqlənib.
Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.
***
22:26
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Bakues.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə rəqib hesabda önə keçib.
82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsindən topu qapıya göndərib.
***
21:59
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda hesab yenidən bərabərləşib.
Bakues.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər -2:2.
55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.
***
21:51
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Bakues.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
21:35
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Bakues.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
21:31
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Bakues.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesabda önə keçib.
45-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
21:16
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Bakues.az xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 25-ci dəqiqəsində fərqlənib.
***
21:04
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Bakues.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 12-ci dəqiqəsində qonaqlar önə keçib.
Lenni Cozef adını tabloya yazdırıb.
***
20:49
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş” komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu start götürüb.
Bakues.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
UEFA Çempionlar Liqası
Play-off mərhələsi
27 avqust
20:45 “Qarabağ” – “Ferentsvaroş” – 0:0 (BİRİNCİ HİSSƏ)
İlk oyun – 3:1.
Hakimlər: Kleman Türpin, Nikolas Danos, Aleksis Auqe, Romen Lissorqe
VAR: Cerom Brisar
AVAR: Nikolas Reynvil
Hakim inspektor: Vitor Melo Pereyra
UEFA nümayəndəsi: Devid Makdouell