AZ

Zelenski ABŞ-a heyət göndərir: təhlükəsizlik zəmanətləri danışılacaq

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-a gedəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Teleqram” kanalında məlumat verib.

“Sabah görüşlər İsveçrədə, cümə günü isə ABŞ-da, Nyu-Yorkda Trampın komandası ilə baş tutacaq”, – o bildirib.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparmaq üçün ABŞ-yə göndəriləcək Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxil olacaq.

Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi qaldırılacaq, həmçinin Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında gələcək mümkün görüş müzakirə olunacaq./Globalinfo.az/

Seçilən
8
3
turkustan.az

4Mənbələr